Ələt-Astara yolunun 140-cı km-də, Cəlilabad rayonu ərazisində ağır yol qəzası baş verib.
Astaradan Moskvaya tərəvəz aparan Həbib Rəcəbovun idarə etdiyi "Reno" markalı qoşqulu avtomaşın Cəbi Quliyevin idarə etdiyi "Jiquli-07" markalı avtomaşınla toqquşub. Qəza körpünün üstündə baş verib. Nəticədə "Jiqulu" yoldan çıxaraq yolun kənarındakı daşdan hörülmüş maneəyə çırpılıb.
Hadisə yerinə gələn yol-patrul xidmətinin baş inspektoru Arif Səfərovun ANS-ə verdiyi məlumata görə, qəzaya səbəb, "Jiqulu"nin yüksək sürət həddini aşması və idarəetməni itirməsidir.
Nəticədə sürücü Cəbi Kərim oğlu Quliyev, sərnişinlər Qəribnisə Baloğlan qızı Cabbarova və 1964-cü il təvəllüdlü Xanbala Mirzağaoğlu Hacıyev ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Xəstəxananın həkimi, travmatoloq İlham Əliyevin ANS-ə verdiyi məlumata görə, yaralılara ilkin tibbi yardım göstərilib, onların vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində təhqiqatlara başlanılıb. ANSPRESS
Cəlilabad rayonu ərazisində ağır yol qəzası baş verib
Cəlilabad rayonu ərazisində körpüdə baş verən qəzada 4 nəfər ağır yaralanıb.




Şərhlər