Hadisə

Cəlalabadda terror aktı törədildi

Terrorçu-kamikadzenin hücumu 13 nəfərin həyatına son qoyub

· Xəbərçi
Cəlalabadda terror aktı törədildi
Əfqanıstanın şərqində, Cəlalabad şəhərində terrorçu-kamikadzenin hücumu nəticəsində 13 nəfər həlak olub. Daha 20 nəfər isə xəsarət alıb. Məlumatı yerli hökumət nümayəndələri yayıb.

Hadisənin təfərrüatlarına gəldikdə, Nanqarxar əyalətinin qubernatorunun sözlərinə görə içərisində partladıcı qurğu quraşdırılmış avtomobil polis akademiyasının kursantlarını daşıyan avtobusa çırpılıb və nəticədə partlayış baş verib.

Terror aktı ilə bağlı məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Şərhlər