Çeçen və azərbaycanlılar arasında qanlı insident baş verib
12 İyul 2010 Bazar Ertəsi 10:25
Hadisə nəticəsində 1 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Rusiyanın Volqaqrad vilayətində çeçen disporası ilə azərbaycanlı diaspora nümayəndələri arasında qarşıdurma baş verib. ANS PRESS "Life News" saytına istinadən xəbər verir ki, tərəflər arasında baş verən davada soyuq silahlardan və pnevmatik tapançalardan istifadə edilib.

Hadisə nəticəsində bir Çeçenistan vətəndaşı həlak olub. Yaralanan 5 nəfər isə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisəyə səbəb iki qruplaşma üzvləri arasında münasibətlərin pis olmasıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar