"Cəbhədə vəziyyət yenidən gərginləşib"
20 Sentyabr 2011 Çərşənbə Axşamı 10:04
Cəbhədə vəziyyət yenidən gərginləşib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 19-da saat 23.00-dan 23.15-dək Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 22.05-dən 22.15-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.35-dən 22.40-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.05-dən 22.10-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.20-dən 22.30-dək və 23.10-dan 23.25-dək Tərtər rayonunun Göyarx və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 11.15-dən 11.20-dək və sentyabrın 20-də 04.40-dan 05.00-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 04.40-dan 05.00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.
DOSTLARINLA PAYLAŞ: