"Cəbhədə vəziyyət yenidən gərginləşib"
12 Sentyabr 2011 Bazar Ertəsi 10:20
Ermənistan silahlı qüvvələri altı istiqamətdə atəşkəsi pozub
"Cəbhədə vəziyyət yenidən gərginləşib". Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 11-də saat 08.40-dan 08.50-dək və 12.28-dən 12.30-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 18.15-dən 18.30-dək və 23.30-dan 23.40-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərində yerləşən mövqelərimizi, saat 19.30-dan 19.40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.45-dən 23.55-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 12-də saat 01.00-dan 01.15-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 02.30-dan 03.00-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
DOSTLARINLA PAYLAŞ: