Cəbhədə vəziyyət yenidən gərginləşib
04 İyun 2011 Şənbə 10:12
Bakı – APA. Cəbhədə vəziyyət yenidən gərginləşib. Ermənilər bütün istiqamətlərdə atəşkəs rejimini pozublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 3-də saat 12.10-dan 12.30-dək və 16.00-dan 16.25-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 14.30-dan 14.35-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamut kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində yerləşən mövqelərimizi, saat 17.40-dan 17.55-dək və 23.25-dən 23.50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.00-dan 20.10-dək və iyunun 4-də saat 02.40-dan 02.50-dək Ağdam rayonunun Şirvanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01.30-dan 01.40-dək, 01.56-dan 02.00-dək və 01.55-dən 02.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 01.30-dan 01.40-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 02.00-dan 02.40-dək Tərtər rayonunun Yarımca kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.
DOSTLARINLA PAYLAŞ: