Cəbhədə sakitlik yenidən pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu gün səhər saat 08.15 radələrində Ermənistan silahlı bölmələri Ağdam rayonunun Mərzili kəndi ərazisindən mövqelərimizə atəş açıb.
Nəticədə 1991-ci il təvəllüdlü, ötən ilin yanvar ayında Qardağ hərbi komissarlığından hərbi xidmətə çağırılan əsgər Hüseynov Ülvi İftixar oğlu döş nahiyəsindən və sağ qolundan yaralanıb. Əsgərimizin vəziyyəti ağırdır.
Düşmən cavab atəşi ilə susdurulub.
Cəbhədə sükut pozulub, 1 əsgərimiz yaralanıb
Ermənilər Ağdam istiqamətində mövqelərimizi atəşə tutublar




Şərhlər