Beynəlxalq Valyuta Fondunun (IMF) prezidenti Dominik Stross Kan Nyu Yorkda həbs olunub. Stross Kan ötən gün səhər tezdən “Times” meydanında qaldığı “Sofitel” otelinin işçisi 32 yaşlı qadına qarşı etdiyi seksual xarakterli hərəkətlərə göerə saxlanılmışdı. IMF rəhbəri cinsi təcavüz, zorlamaya təşəbbüs və qeyri-qanuni adam saxlamaq ittihamları ilə mühakimə olunacaq.
Qeyd edək ki, Dominik Stross Kanın gələn ilin aprel aynıda Fransada keçiriləcək prezident seçkisində sosialist partiya tərəfindən namizədliyinin irəli sürülməsi gözlənilirdi.
Xatırladaq ki, 62 yaşlı IMF prezidentinin adı 2008-ci ildə də evlilik xaricində bir qadınla münasibətdə hallanmışdı.
Bundan başqa sosialist olduğunu iddia edən Stross Kan həyata keçirdiyi özəlləşdirmə siyasəti və istifadə etdiyi “Porsche” markalı avtomobillə də tənqid hədəfi olmuşdu.
BVF-nun prezidenti zorlama iddiası ilə həbs olundu
IMF rəhbəri cinsi təcavüz, zorlamaya təşəbbüs və qeyri-qanuni adam saxlamaq ittihamları ilə mühakimə olunacaq




Şərhlər