BVF direktorunu 25 ilədək həbs cəzası gözləyir
17 May 2011 Çərşənbə Axşamı 01:24
Dominik Stross Kanın girov müqabilində azadlığa buraxılmasından imtina edilib
Beynəlxalq Valyuta Fondunun prezidenti Dominik Stross Kanı 25 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Bunu “Associated Press”ə dairə prokurorunun köməkçisi Con Makkonnell bildirib.

Maliyyəçini Nyu-Yorkda otel qulluqçusuna qarşı seksual hərəkətdə ittiham edirlər. Dominik Stross-Kann bütün itihamları rədd edir. Onun vəkili isə bəyan edib ki, müdafiə etdiyi şəxsin alibisi var.

Ötən gün məhkəmə BVF direktorunun girov müqnabilində azadlığa buraxılmaqla bağlı xahişini rədd edib. Məhkəmənin qərarına görə, Dominik Stross-Kan ən azı ibtidai istintaq dövrünü həbsdə keçirməlidir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar