Hadisə

Bunu da eşitdik: qəzada xəsarət alan qadını zorladılar

Yaralı qadını maşınına mindirən sürücü onu xəstəxanaya yox, evinə aparıb.

· Xəbərçi
Bunu da eşitdik: qəzada xəsarət alan qadını zorladılar
Səudiyyə Ərəbistanın “Sabq” qəzeti qəzada xəsarət alan qadına özünəməxsus şəkildə yardım edən kişidən yazıb. Qəzetin məlumata görə, qəza Ciddə şəhəri yaxınlığındakı magistral yolda baş verib. Yoldan keçənlər yaralı qadını xəstəxanaya çatdırılması üçün maşınlardan birinə mindiriblər. Sürücü isə qadına deyib ki, əvvəlcə onun evinə gedəcəklər, arvadı xəstəxanaya aparılmazdan əvvəl yaralıya qulluq edəcək.

Onlar sürücünün dediyi evə gediblər. Lakin orada heç kim olmayıb. Kişi qəzada yaralanan qadını həmin evdə zorlayıb.

Səudiyyə polisi hazırda sürücünün əlamətləri, maşının nömrəsi əsasında yaralıya “yardım” göstərən kişini axtarır.

Şərhlər