Hadisə

Bulvarda gənc özünü Saat qülləsindən atmaq istəyib

Danışıqlardan sonra gənc oğlanı qüllədən düşürmək mümkün olub.

· Xəbərçi
Bulvarda gənc özünü Saat qülləsindən atmaq istəyib
Bu gün Bakıda Dənizkənarı Milli Parkda intihara cəhd olub. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, gənc oğlan Saat Qülləsinə çıxaraq özünü atmaq istəyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəlada Hallar Nazirliyinin xilasedici qrupu gəlib. Uzun danışıqlardan sonra intihar cəhdinin qarşısı alınıb və onu qüllədən düşürmək mümkün olub.
Qeyd edək ki, hələlin onun intihar etmə səbəbləri bilinmir.

Şərhlər