Bulvarda 37 yaşlı qadın özünü dənizə atıb
12 Mart 2012 Bazar Ertəsi 11:49
İntihar etmək istəyən qadın son anda xilas edilib.
Ötən gün Bakı bulvarında intihara cəhd olub. Səbail rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları 30-35 yaşlı qadının özünü dənizə atması ilə bağlı məlumat veriblər. Dərhal hadisə yerinə polislər və xilasedicilər yollanıb. Boğulmaqda olan qadın sudan çıxarılıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, özünü öldürmək istəyən qadın 1975-ci il təvəllüdlü Təranə Cavid qızı Nəsirovadır. O, bir neçə il əvvəl həyat yoldaşından boşanıb.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar