Hadisə

Bu gün Ucarda qaz olmayacaq

Ucar Qazpaylayıcı Stansiyasından qidalanan orta təzyiqli qaz kəmərində təbii qazın təchizatı dayandırılacaq

· Xəbərçi
Bu gün Ucarda qaz olmayacaq
Bu gün Ucar rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, cari təmir və abadlıq işləri ilə əlaqədar mayın 24-də saat 10:00-dan 18:00-dək Ucar Qazpaylayıcı Stansiyasından qidalanan orta təzyiqli qaz kəmərində təbii qazın təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Ucar rayon mərkəzi də daxil olmaqla, rayonun Gəraybəyli, Rəstəcə və Qarabörk kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Şərhlər