Misirin eks-prezidenti Hüsni Mübarəkin məhkəmə prosesi bu gün davam etdiriləcək. Hüsni Mübarək fevralda anti-hökumət nümayişlərinin iştirakçılarının kütləvi qətlində iştirakda, həmçinin korrupsiyada ittiham olunur. İttiham hökmü çıxarılacağı halda, Hüsni Mübarəki ömürlük həbs cəzası gözləyir. Keçmiş dövlət başçısı əvvəlki məhkəmə iclasında bütün ittihamları rədd etmişdi. Bu günki iclasda hakim hərbi şurasının başçısı general Məhəmməd Hüseyn Tantauinin şahidlik edib-etməyəcəyi də qərara alınacaq. Tantauinin şahidliyi Hüsni Mübarəkin taleyini həll edə bilər.
Müttəhimlər kürsüsündə Hüsni Mübarəkin korrupsiyada ittiham olunan iki oğlu- Alaa və Qama da var. Onlar da ittihamları rədd edirlər.
Bu gün Hüsni Mübarəkin məhkəməsi davam etdiriləcək
Məhkəmə iclasında Misirin eks-prezidentinin taleyi həll oluna bilər




Şərhlər