Bu gecə 5 piyada vurulub, 1-i ölüb
12 Noyabr 2011 Şənbə 13:19
"Chevrolet" markalı avtomaşının vurduğu 30-35 yaşlı kişi hadisə yerində keçinib.
Noyabrın 11-i axşam saatlarından başlayaraq gecə saatlarınadək ölkə ərazisində 4 piyada vurulması hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, noyabrın 11-də saat 19.00 radələrində Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Şəmistan Namazov vurulub. Nəticədə zərərçəkmiş xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.
Noyabrın 11-də saat 23.50 radələrində Yasamal rayonu ərazisində Bakı şəhər sakini Zaur Ağayev "Chevrolet" markalı avtomaşını idarə edərkən 30-35 yaşlı kişini vurub. Nəticədə həmin kişi hadisə yerində ölüb.
Bu gün saat 00.20 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Vüqar Şükürov vurulub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Noyabrın 11-də saat 23.40 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini 13 yaşlı Leyla Bayramova vurulub. Xəsarət almış azyaşlıya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.
Noyabrın 11-də saat 23.10 radələrində Bakının Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Elnur Süleymanov vurulub. Nəticədə zərərçəkmiş xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
DOSTLARINLA PAYLAŞ: