Böyük Britaniyanın “British Airways” şirkəti Şotlandiyaya bütün təyyarə reyslərini dayandırıb. Şirkət bəyan edib ki, bu addım İslandiyada Qrimsvotn vulkanının püskürməsindən sonra yaranmış vəziyyətlə əlaqədar atılıb. Reyslərin yerli vaxtla günorta saat 14.00-dan (Bakı vaxtı ilə 17.00) tez bərpa ediləcəyi gözlənilmir.
Xatırladaq ki, şənbə günü Qrimsvotn vulkanında son 100 il ərzində ən güclü püskürmə qeydə alınıb. Avropa Meteoroloji Xidməti xəbərdarlıq edib ki, vulkanın yaratdığı kül buludu bu gün Böyük Britaniyanın bəzi rayonlarına çata bilər.
“British Airways” Şotlandiyaya uçuşları dayandırdı
Bu addım İslandiyada vulkan püskürməsindən sonra yaranmış vəziyyətlə əlaqədar atılıb




Şərhlər