Rusiyanın Kamçatka yarımadasında 2 nəfər ayı hücumunun qurbanı olub. Hadisə Yelizovskiy rayonunda baş verib. Meşədən çıxan boz ayı çay kənarında istirahət edən insanlara hücum edib.
Ayının özünü aqressiv aparmasının səbəbi hələ məlum deyil. Lakin insanlar üçün təhlükə törədən vəhşi heyvanı odlu silahla vurmaq qərarı verilib. Hazırda ovçular meşə massivində boz ayını axtarırlar.
Qeyd edək ki, boz ayılar Kamçatkada ən iri vəhşi heyvan hesab edilir. Onların hündürlüyü 3 metrə, çəkisi isə 700 kiloqrama çata bilər.
Boz ayı 2 nəfəri yedi
Hadisə Rusiyanın Kamçatka bölgəsində baş verib




Şərhlər