Böyük Britaniyadan təyyarə reysləri təxirə salına bilər
24 May 2011 Çərşənbə Axşamı 00:35
İslandiyanın əsas beynəlxalq hava limanı da fəaliyyətini dayandırıb
Böyük Britaniyanın bəzi hava limanlarından İslandiyadakı Qrimsvotn vulkanının yaratdığı kül buludunun yaxınlaşması ilə əlaqədar təyyarə reyslərinin təxirə salınacağı gözlənilir. Məlumatı “Associated Press” agentliyi Böyük Britaniyanın Mülki Aviasiya İdarəsinə istindən yayıb. Meteoroloqların proqnozlarına görə, mayın 24-də səhər bulud İlandiya Respublikasını, Şimali İrlandiyanı, Şotlandiyanı və Brtianiyanın şimalındakı bəzi rayonları örtə bilər.

Bir qədər əvvəl İslandiya hökuməti ölkənin cənubundakı Qrimsvotn vulkanının püskürməsi ilə əlaqədar daxili hava nəqliyyatını dayandırıb. Ölkənin əsas beynəlxalq hava limanı olan Keflavik də bağlanıb.

Qrimsvotn vulkanı 20 kilometr hündürlüyündə toz və tüstü püskürür. Vulkan sonuncu dəfə 2004-cü iləd oyanmışdı. Lakin yerli KİV-in məlumatına görə, hazırkı püskürmə vulkanın son 100 il ərzində ən güclü püskürməsidir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar