Türkiyə Qaziantep vilayətindəki boyaq fabrikində baş vermiş yanğın nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə tüstüdən zəhərlənib. “Anadolu” agentliyinin (AA) yaydığı məlumata görə, fabrikdə naməlum səbəblərlə başlamış yanğına əvvəl fəhlələr müdaxilə etsələr də, alovun qarşısını almaq mümkün olmayıb. Daha sonra hadisə yerinə yanğısöndürmə briqadaları çağırılıb və yanğını ancaq 1.5 saatda nəzarətə götürmək mümkün olub.
Qeyd edək ki, tüstüdən zəhərlənən iki nəfər xəstəxanaya çatdırılıb, bəzi fəhlələrin itkin düşməsi barədə məlumatdan sonra isə daha 3 fəhlənin cəsədi yanğının baş verdiyi yerdə aşkarlanıb.
Boyaq fabrikində yanğın: 3 nəfər öldü
Yanğına əvvəl fəhlələr müdaxilə etsələr də, alovun qarşısını almaq mümkün olmayıb




Şərhlər