Fevralın 11-də saat 15:58 radələrində polisə zəng vuraraq ünvansız yerə bomba qoyulması barədə məlumat verən şəxs yaxalanıb. Bu barədə ANS PRESS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində anonim zəngin Yeni Günəşli qəsəbəsindəki “V” yaşayış massivində yaşayan azyaşlı uşaq tərəfindən edilməsi müəyyən olunub.
Nəticədə azyaşlı uşağın anası oğlunun etdiyi hərəkətə görə polis əməkdaşlarından üzr istəyib. ANSPRESS
Bomba qoyulması barədə yalnış məlumat verən azyaşlı müəyyən edilib
Uşağın anası oğlunun etdiyi hərəkətə görə polis əməkdaşlarından üzr istəyib




Şərhlər