Bolqarıstanda azərbaycanlı tələbə qarət edildi
18 Fevral 2012 Şənbə 15:42
Tamerlan Hacızadənin mobil telefonu və medalyonu oğurlanıb.
Bolqarıstan azərbaycanlıya hücum edilib. ANS PRESS-in Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, zərərçəkən Bolqarıstanda yerləşən Amerika Universitetində təhsil alan həmyerlimiz Tamerlan Hacızadə adlı şəxsdir.
Tamerlan Hacızadəyə cümə axşamı yerli vaxtla saat 22:10-da iki naməlum şəxs hücum edib. Naməlum şəxslər T. Hacızadənin üz nahiyəsinə zərbələr endirərək onu bıçaqla hədələyiblər. Həmin şəxslər həmyerlimizin üzərindən “Blackberry” markalı mobil telefon və boynundakı 44 qramlıq qızıl klonu oğurlayıblar.
Yerli mətbuatın yazdığına görə, həmyerlimizə 5800 lev dəyərində maddi ziyan dəyib. Tamerlan Hacızadənin sözlərinə görə, ona hücum edən şəxslərdən biri 175 santimetr boya malik, qara dərili şəxs olub. Digər şəxs isə ağ pencəkdə imiş. Hadisə ilə bağlı Bolqarıstan polisi təhqiqat aparır.
DOSTLARINLA PAYLAŞ: