Boksçu qardaşlara hökm oxunub
07 Mart 2009 Şənbə 10:30
Rafiq Ramazanov 14 il azadlıqdan məhrum edilib, Rasim Ramazanov isə azadlığa buraxılıb

Martın 6-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə boksçu qardaşlara hökm oxunub. ANS PRESS-in məlumatına görə, Rasim Ramazanova ötən il Bakının Nərimanov rayonu, Azadlıq prospekti 116 nömrəli binanın qarşısında dostu tərəfindən silah qismində istifadə etdiyi əşya ilə xəsarət yetirilib. Onun qardaşı Rafiq Ramazanov isə həmin şəxsi bıçaqlayaraq, onun həyatına sui-qəsd cəhd edib. Hakim Mayıl Bayramovun sədrlik etdiyi məhkəmənin hökmü ilə Rafiq Ramazanov 14 il müddətinə azadlıqdan məhrum edilib, Rasimin cəzası isə istintaq dövründə çəkdiyi cəza ilə əvəz edilərək məhkəmə zalından azad edilib. Rasim Ramazanov Azərbaycan Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq), Rafiq Ramazanov isə 29,120.2.1 və 29, 120.2.10-cu (mütəşəkkil dəstə tərəfindən təkrarən adam öldürməyə cəhd) maddəsiləri ilə ittiham olunublar

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar