BMW avtobusa çırpılıb
30 Dekabr 2010 Cümə Axşamı 05:45
Hər iki şəxs xəstəxanaya çatdırılıb və sərnişin Manafov Üzeyir başından çoxsaylı xəsarət alıb
Bakının Suraxanı rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Qəza, Məlikov Rəhim Niyazi oğlunun idarə etdiyi “BMW” markalı avtomobillə boş avtobusa çırpılması nəticəsində baş verib. Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir. Qəza nəticəsində sürücü Rəhmi Məlikov və sərnişin Manafov Üzeyir Kərim oğlu müxtəlif bədən xəsarəti alıb. Yaralılar 1 saylı şəhər xəstəxanasına çatdırılıblar.

Xəstəxananın növbətçi həkimi Əli Səmədov sərnişin Üzeyir Manafovun başından çoxsaylı xəsarət aldığını, yaraların tikilərək xəstənin palataya köçürüldüyünü deyib.

Bədənini müxtəlif nahiyyələrindən xəsarət alan sürücü Məlikov Rəhim Niyazi oğlunun vəziyyəti nisbətən yaxşı olduğundan ambulator qaydada müalicə aldıqdaq sonra evə buraxılıb. Qəza barədə şifahi məlumat verən Üzeyir Manafov hadisəni xatırlamadığını, sadəcə maşının qarşısından hansısa heyvanın qaçdığını gördüyünü bildirib. Manafov daha sonra özünə gələndə xərəkdə olduğunu görüb.

Baş vermiş faktla bağlı Suraxanı rayon polis idarəsində araşdırmalara başlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar