Bu gün saat 10:30 rədələrində Bakının Nəsimi rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Nəsimi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə M.Miqasımov və C.Hacıbəyli küçələrinin kəsişməsində baş verib.
“BMW” və “Peugeout” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimala görə, qəzanın baş verməsinə səbəb yol kəsişməsində olan işıqforun işləməməsi olub.
Polisdən verilən məlumata görə, həmin ərazidəki işıqfor nasaz vəziyyətdədir. Hazırda hadisə yeri təhqiqatçı tərəfindən müayinə olunur. ANSPRESS
“BMW” və “Peugeout” avtomobilləri toqquşdu
“BMW” və “Peugeout” avtomobilləri toqquşdu. Hadisəyə səbəb işıqforun işləməməsidir.




Şərhlər