BMT İsraili və qismən Türkiyəni ittiham etdi
03 Sentyabr 2011 Şənbə 02:54
“Azadlıq donanması” ilə bağlı insidenti araşdıran xüsusi komissiya hesabatını açıqladı
BMT-nin ötən ilin mayında Qəzza bölgəsinin astanasında “Azadlıq donanması” ilə bağlı insidenti araşdıran xüsusi komissiyası baş verənlərə görə məsuliyyəti İsrailin və qismən Türkiyənin, eləcə də Fələstin muxtariyyətinə icazəsiz yük daşınması aksiyasının təşkilatçılarının üzərinə qoyub. Komissiyanın BMT-nin mənzil-qərargahında açıqlanan hesabatında belə deyilir.

“İnsanlar öz siyasi baxışlarını ifadə etməyi nəzərdə tutsvalar da, donanma dəniz blokadasını yarmaq cəhdlərində düşünülməmiş fəaliyyət göstərib”, - hesabatda bildirilir. Komissiyanın qənaətinə görə, Türkiyə və İsrail insidentin bu cür gedişinə nəzərə almayıb, insidentin baş verməməsi üçün səy göstəriblər. Türkiyə rəsmilərinə gəldikdə, hesabat müəllifləri qeyd ediblər ki, donanma üzvlərini potensial risklərlə bağlı xəbərdar etmək, onları bu hərəkətdən çəkindirmək üçün daha çox şey etmək olardı.

“İsrailin gəmilərə qarşı əhəmiyyətli qüvvə ilə blokada zonasından uzaqda və hücumdan əvvəl sonuncu xəbərdarlıq olmadan abordaj (bilavasitə vuruşmaq üçün gəmilərin bir-birinə yanaşdırılmasından ibarət qədim dəniz müharibəsi üsulu) yolundan istifadə barədə qərarı həddin artıq və düşüncəsiz hərəkət olub”, - hesabatda deyilir.

Qeyd edək ki, İsrail tərəfinin humanitar yardım karvanına hücumu nəticəsində 9 Türkiyə vətəndaşı həlak olmuşdu.

Hesabatda bildirilir ki, İsrail tərəfindən tətbiq olunan dəniz blokadası Qəzza bölgəsinə dəniz yolu ilə silah daşınmasının qarşısını almaq üçün tətbiq olunub və bu tədbir beynəlxalq hüququn tələblərinə cavab verir.

Hesabatda gələcəkdə oxşar insidentlərin baş verməməsi üçün tövsiyyələr də yer alıb. Məsələn, sənəddə deyilir ki, açıq dənizdə hərəkət azadlığını nəzər almaqla İrsail blokadaya daim yenidən baxmalı və bunun gələgcəkdə nə dərəcədə vacib olduğunu qiymətləndirməlidir. “İsrail Qəzzaya və Qəzzadan yük və insanların hərəkətinə məhdudiyyətlərin zəiflədilməsi üçün səyləri davam etdirməlidir”, - sənəddə deyilir. Hesbatda İsraildən baş verənlərə görə təəssüf bəyanatının verilməsi və insidentin qurbanlarına kompensasiya ödənilməsi də tələb edilir.

Hesabat müəlliflərinin fikrincə, istisnasız olaraq humanitar xarakterli yüklər Qəzzaya müəyyən edilmiş qaydada quru yolu ilə, İsrail və Fələstin muxtariyyətinin hökumətləri ilə məsləhətləşmələrdən sonra daşınmalıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar