Biznesmen cadugərlik edən anasını qətlə yetirib
01 Fevral 2010 Bazar Ertəsi 17:35
Biznesmen cadugərlik edən anasını qətlə yetirib. Hadisə Moskvada qeydə alınıb.
Moskvanın Teplı Stan rayon sakini psixotrop maddələr və spirtli içkinin təsiri altında doğma anasını qətlə yetirib. Bununla belə o, özü milisə zəng vuraraq onu şeytani qüvvələrdən xilas etməyi xahiş edib.
Zəngdən dərhal sonra hadisə yerinə yollanan daxili işlər şöbəsinin operativ əməliyyat qrupu orada bıçaq xəsarətləri alan qadın cəsədi aşkar ediblər. Eyni zamanda qanun keşikçiləri hadisə yerində 36 yaşlı şübhəli şəxsi saxlayıblar.
"Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi üzrə cinayət işi qaldırılıb", - deyə Rusiya Prokurorluğunun İstintaq Komitəsinin Çeremuşkinsk rayonu üzrə müstəntiqi Alesey Çvanov bildirib.
Saxlanılan firma direktoru özünü müdafiəyə qalxmayıb və dərhal günahını etiraf edib. O, qətldə mətbəx bıçağından istifadə edib.
Dindirmə zamanı məlum olub ki, cinayətkar anasının cadugər və onun biznesinə ziyan gətirmək niyyətində olduğunu hesab edib. Hazırda istintaq şübhəli şəxsin ağlının nə dərəcədə yerində olub-olmadığını müəyyən edir. Bu məqsədlə məhkəmə-tibbi yoxlamanın aparılması planlaşdırılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: