"Biz həqiqətən Qəddafinin oğlunu tutmuşduq"
23 Avqust 2011 Çərşənbə Axşamı 10:59
"Bizdə Seyf əl-İslamın həbsi barədə məlumat var idi, amma o qaçıb"
Liviya üstançıları Müəmmar Qəddafinin oğlu Seyf əl-İslamın Tripolidə xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinin qaldığı oteldə ictimaiyyət qarşısına çıxmasından sonra bəyan ediblər ki, həqiqətən də onu tutubmuşlar, amma Seyf əl-İslam hansısa yolla qaça bilib. Bu narədə Al-JAzeera telekanalının Twitter-dəki rəsmi səhifəsində məlumat yerləşdirilib.

"Milli Keçid Şurasının üzvü Vahid Burnaş deyib: "Bizdə Seyf əl-İslamın həbsi barədə məlumat var idi, amma o qaçıb. Biz onun necə qaçdığını bilmirik", detə AJELive yazıb.

Xatırladaq ki, üsyançılar tərəfindən həbs olunduğu bildirilən Liviya liderinin oğlu jurnalistlərin qaldığı otelə gələrək, atasının da Triplidə olduğunu bildirib. O əlavə edib ki, Liviya hərbçiləri üsyançılar üzrəində qələbə qazanırlar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar