Bir günə 9 nəfər dəm qazından zəhərləndi, 2 ölü
27 Fevral 2012 Bazar Ertəsi 15:25
7 nəfər xəstəxanaya yerləşdirilib.
Azərbaycanda dəm qazı insan həyatına son qoymaqda davam edir. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ötən gün 9 nəfər dəm qazından zəhərlənib.

Belə ki, Şirvan şəhər sakini Cəlal Quliyev və Xaçmaz rayon sakini Fatma Abbasova öz evlərində dəm qazından zəhərlənərək ölüblər.

Dəm qazından zəhərlənmə faktı paytaxtda da qeydə alınıb. Bakının Nəsimi rayonu ərazisində yaşayan Çinarə Avazlı, Sumqayıt şəhər sakinləri Xudayar Musayev, Dilbər Rəhimova, Aytac İbrahimova evlərində dəm qazından zəhərlənib.

Bundan başqa, Abşeron rayon sakinləri Nəzrin Məmmədova, Aişə Həsənova və onun bacısı Gülüş öz evlərindən dəm qazından zəhərləniblər.

Qeyd edək ki, zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar