Misirdə bir gündə donuz qripindən dörd nəfər ölüb
22 Dekabr 2010 Çərşənbə 01:15
Təkcə ötən gün xəstəxanalara 21 nəfər yerləşdirib
Ötən gün Misirdə dörd nəfər, o cümlədən, yeddi aylıq hamilə bir qadın “donuz qripi”ndən dünyasını dəyişib. Bu barədə məlumatı “Əl Əhram” agentliyi yayıb. Misirin Səhiyyə Nazirliyinin məlumatına görə, ölənlərdən üçü Əl-Qərbiyyə, dördüncü qurban isə Əl-Minyə əyalətində yaşayıb. Bir neçə gün əvvəl səhhətləri pisləşdiyindən onları xəstəzanaya yerləşdiriblər.

Həikmlərin sözlərinə görə, ötən gün Misir xəstəxanalarına yerləşdirilən xəstələrin sayı 21 nəfər olub. Onların arasında polis zabiti də var. Hazırda həkimlər polis əməkdaşı ilə təmasda olanlarla bağlı karantin tədbirləri görür.

Misir 2010-cu ildə “donuz qripi”nə yoluxma və ölüm hallarına görə dünyada birinci yerdə olub. Bu ölkədə xəstəliyə 23 nəfər yoluxub və onlardan 9-u ölüb. Sonrakı yerləri İndoneziya (8 yoluxma, 7 ölüm) və Vyetnam (7 yoluxma 2 ölüm) tutur.

“Donuz qripi” virusu 2009-cu ilin martında Meksika, ABŞ və Kanadada aşkarlanıb. Həmin ilin aprelində Ümumdünya Səhiyyə Təşkilatı “donuz qripi” pandemiyasını elan edib. Təşkilatın məlumatına görə, dünyanın 200-dən artıq ölkəsində təhlükəli virusdan 18,5 min ölüm halı qeydə alınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar