Hadisə

Bir gündə 3 uşaq öldü

Ölüm halları Bərdə, Biləsuvar və Zaqatalada qeydə alınıb

· Xəbərçi
Bir gündə 3 uşaq öldü
Ötən gün ölkə ərazisində 3 uşaq bədbəxt hadisələrin qurbanı olub. Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Bərdə rayonunun Şahvəllər kənd sakini 14 yaşlı Təbriz Mahmudov yelləncəkdə oynayarkən kəndirin boğazına dolaşması nəticəsində boğulub.
Biləsuvar şəhəri ərazisində təzə tikilmiş evlərdən birində yaşayan 2 yaşlı Səfurə Şahbazova həyətlərində oynayarkən yerdən götürdüyü daşı udub. Nəticədə azyaşlı boğulub.
Zaqatala rayonunun Yolayrıc kənd sakini isə su quyusuna düşüb. İki yaşlı Şahzadə Seyidova ölüb.

Şərhlər