Hadisə

Bir gündə 3 nəfər zəhərləndi

Onlardan ikisi dərmandan, biri isə dəm qazından zəhərlənib.

· Xəbərçi
Bir gündə 3 nəfər zəhərləndi
Martın 19-u ölkə ərazisində 3 nəfər zəhərlənib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, onlardan ikisi dərmandan, biri isə dəm qazından zəhərlənib.

Gəncə şəhərinin Nizami rayonu Yeni Gəncə qəsəbə sakini Nurxan Hüseynov martın 19-da mənzilindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Daha bir fakt Qusarda qeeydə alınıb. Martın 19-da Qusar rayonunun Şirvanovka kənd sakini Həmidə Kərimova dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Sumqayıt şəhər sakini 16 yaşlı Nuru Şabanov isə həmin gün saat 21.30 radələrində evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. ANSPRESS

Şərhlər