Sumqayıtda bir nəfər dəm qazından boğulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhəri 8-ci mikrorayonun ərazisindəki yeni tikilmiş evdə yaşayan Füzuli rayon sakini Nərgiz Teymurova dəm qazından boğularaq ölüb.
Qeyd edək ki, eyni vaxtda Sumqayıtda bir neçə dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Belə ki, 39-cu məhəllədə yaşayan Xaçmaz rayon sakinləri Yaşar Mənsimov və Ədalət Muradov dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanaya yerləşdirilib. ANSPRESS
Bir gündə 3 nəfər dəm qazından zəhərləndi
Zəhərlənənlərdən biri ölüb.




Şərhlər