Bir aylıq uşaq hamilə qaldı
01 Sentyabr 2011 Cümə Axşamı 16:14
Körpəni əməliyyat edən həkimlər onun qarın boşluğundan ölmüş döl çıxarıblar
Səudiyyə Ərəbistanında bir aylıq qız uşağı hamilə qalıb. Adı açıqlanmayan qadın uşağı qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib. Doğuşdan sonra körpənin vəziyyəti pisləşib. Belə ki, uşaq daima qaytarıb. Çox keçməmiş uşağın qarnı şişməyə başlayıb.
Körpəni əməliyyat edən həkimlər onun qarın boşluğundan ölmüş döl çıxarıblar. Dünya praktikasında nadir hadisə olan əməliyyat 3 saatdan artıq davam edib.
Həkimlərin sözlərinə görə, uşağın anasının bətnində iki döl olub. Lakin sonradan onlardan biri məhv olub. İnkişafdan qalan döl körpənin bətninə düşüb və orada qalıb.
DOSTLARINLA PAYLAŞ: