Bir ailənin beş üzvü dəm qazından zəhərləndi
09 Fevral 2010 Çərşənbə Axşamı 19:15
Hadisə ötən gecə baş verib
Ötən gecə Binəqədi rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib. Bu barədə ANS PRESS-ə Binəqədi Rayon Polis İdarəsindən məlumat daxil olub.

Məlumata görə, hadisə gecə saat 03:00 radələrində baş verib. Rayonun 28 May qəsəbə sakini 53 yaşlı Abbasov Seyid Ağaverdi oğlu, yoldaşı 53 yaşlı Abbasova Firəngiz Ağababa qızı və onların qızları 30 yaşlı Pakizə, 23 yaşlı Elnarə və 10 yaşlı Leyla Abbasovalar dəm qazından zəhərləniblər.

Zərərçəkənlərin hamısı Təcili Tibbi Yardım Stansiyasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Hazırda xəstələr taksikologiya şöbəsində müayinə olunurlar, onların vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar