Bir ailənin 6 üzvü qazdan zəhərləndi
01 Dekabr 2011 Cümə Axşamı 12:44
Ötən gün qazdan zəhərlənənlərin sayı 10 nəfər olub.
Mingəçevirdə bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, bütün gün Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsindəki 11 nömrəli binanın 29-cu mənzilində yaşayanlar Yaqut Əhmədova, Şəlalə Əhmədli və onun 4 uşağı dəm qazından zəhərlənmə ilə mənzillərindən xəstəxanaya gətiriliblər.

Daha bir zəhərlənmə hadisəsi isə Sumqayıtda qeydə alınıb. Şəhər sakinləri Möhübbət Adıgözəlov, Sevinc Qarayeva, Gülnar Coşqun qızı və Tahir Babayev öz mənzillərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar