Binəqədidə söyüş qanlı hadisəyə səbəb olub
13 Yanvar 2012 Cümə 23:31
Gənc oğlanın ağsaqqalı söyməsi ürəyindən vurulması ilə nəticələnib.
Binəqədidə söyüş qanlı hadisəyə səbəb olub. Gənc oğlanın ağsaqqalı söyməsi ürəyindən vurulması ilə nəticələnib. Binəqədi Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili Kənan Abışovun sözlərinə görə, Binəqədi rayonu, 6-cı mikrorayon, Cümşüdov ev 1-də yaşayan 1983-cü il təvəllüdlü Məlikov Həsən Tofiq oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Məlumat daxil olan kimi, Binəqədi rayon Polis İdarəsində əməliyyat-istintaq qrupu yaradılıb və Həsən Məlikovu bıçaqlayan şəxs müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilib. Bu, zərərçəkmişlə qonşu binada yaşayan 57 yaşlı Buksay Seydəlioğludur. İlkin ifadəsi zamanı Buksay Seydəlioğlu özündən 28 yaş kiçik olan cavanı söyüş üstündə bıçaqladığın bildirib.

Əməliyyat müvəkkili bildirib ki, Həsən Məlikov dostu ilə yüksək səslə söhbət edirmiş: “Buksay yaxınlaşaraq aşağı danışmasını tələb edib”.

“Dedim söyüş söymə, çıxın gedin buradan. Mübahisə etməyə başladıq. Sonra əlbə-ayaq olduq. Orada bizi araladılar, mən də çöndüm getməyə. Yenə dedi ki, hara gedirsən, pis söydü məni və cumdu üstümə. Mənim də cibimdə balaca bıçaq var idi, çıxardım, oda girdi sinəsinə”, - deyə saxlanılan Buksay Seydəlioğlu bildirib.

Bundan sonra Buksay Seydəlioğlu bıçağı hadisə yerində tullayıb, evinə yollanıb. Yaralı isə şahidlərin köməkliyi 1 saylı Klinik Şəhər Xəstəxanasına aparılıb. İndi valideynlərini tanıdığı gənci bıçaqladığı üçün peşman olan Buksay Seydəlioğlu onun söyüş söyməsini hələ də həzm edə bilmir: “Səhv eləmişəm. Mənim cinayət edən vaxtım deyil. Gör vəziyyəti nə yerə çatdırdı ki, sonu belə oldu”.

Artıq faktla bağlı Buksay Seydəlioğlu barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər dövlət əmlakını mənimsədiyinə görə həbsdə olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar