Binəqədidə 62 yaşlı şəxs uşaqlıq dostunu öldürdü
04 Yanvar 2012 Çərşənbə 22:56
Aydın Əsədi: "Heç kim sinəsinə döyə bilməz ki, mən geroyluq eləmişəm, olub da neyləyim".
Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib. 62 yaşlı Əsədi Aydın Məhərrəm oğlu özündən bir yaş böyük, uşaqlıq dostu Əhmədov Kamil Məmmədalı oğlunu bıçaqlayaraq qətlə yetirib. Hadisə sərxoşluq zəminində baş verib.

Saxlanılan şəxs ilkin ifadəsi zamanı bildirib ki, yaxınlarda oğlunu nişanlayıb və Kamil Əhmədovu həmin məclisə çağırmadığından dostu ondan inciyib. Ötən gün bir yerdə yeyib içən zaman isə Kamil Əhmədov öz incikliyini yenidən dilə gətirib.

Saxlanılan Aydın Əsədi baş verənlər barədə bunları deyib: “Dostumu vurmuşam, canımı, ciyərimi elə bil ki, özümü vurmuşam. Mənim evimdə olub, gəldi oturduq yedik-içdik. Bir-birimizi başa sala bilmədik. Vuruldu, götürdülər apardılar “Təcili Yardım”a. Mən də getdim yıxıldım yatdım. Heç kim sinəsinə döyə bilməz ki, mən geroyluq eləmişəm, olub da neyləyim”.

Qeyd edək ki, bu, Aydın Əsədinin ilk cinayət əməli deyil. 62 yaşlı ağsaqqal ömrünün təxminən yarısını müxtəlif cinayətlər törətdiyi üçün həbsxanada keçirib. Sonuncu dəfə isə 2004-cü ildə azadlığa çıxıb.

Hazırda Aydın Əsədi barəsində Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar