Hadisə

Binəqədi rayonunda quldurluq hadisəsi baş verib

Bakı sakinini qaz silahı ilə hədələyərək pulunu alıblar

· Xəbərçi
Binəqədi rayonunda quldurluq hadisəsi baş verib
Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, hadisə yanvar ayının 5-də saat 15.30 radələrində Biləcəri qəsəbəsində qeydə alınıb.

28 yaşlı Elşad Əliyev 2 nəfərlə birlikdə 31 yaşlı Tərlan Allahverdiyevi qaz tapançası ilə hədələyərək onun üzərində olan 50 manat pulunu və qızıl boyunbağını alıblar.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən müvafiq araşdırmalar aparılır.

Şərhlər