Bu gün saat təqribən 09:30 radələrində Bakı şəhəri Qaradağ rayonunda yerləşən Binə ticarət mərkəzində valyuta dəyişmə məntəqəsinə silahlı basqın olub. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, naməlum şəxslər atəş açaraq məntəqinin bir nəfər işçisini qətlə yetiriblər. Şahidlərin sözlərinə görə, güllə onun alın nahiyəsinə dəyib. Məlumata görə, məntəqənin digər işmisi isə qaçaraq silahlı şəxslərdənyayına bilib.
Şahidlər bildirdi ki, məntəqədən pul da aparılıb.
Qarağ rayon polis idarəsindən ANS PRESS-ə bildirildi ki, "102" xidmətinə belə bir məlumat daxil olub. Hazırda hadisə yerinə polislər yollanıb.
Binə ticarət mərkəzinə silahlı basqın olub.
Binə ticarət mərkəzinə silahlı basqın: ölən var. Naməlum şəxslər valyuta dəyişmə məntəqəsinə silahlı basqın edib.




Şərhlər