Biləsuvarda işini yarımçıq görən usta bıçaqlandı
12 Yanvar 2011 Çərşənbə 12:05
Sifarişçi ustanı qapını baha düzəltdiyinə və ona ağır cavab qaytardığına görə bıçaqladığını deyib.
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi olub. H.Əliyev küçəsində yaşayan 35 yaşlı İlqar İmanxan oğlu Əsgərov ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq əməliyyata alınıb.
Faktla bağlı polsin keçirdiyi əməliyyat axtarış tədbirləri sayəsində hadisəni törədən 37 yaşlı Elçin Əkbər oğlu Bayramov tezliklə şöbəyə gətirilib. O, istintaqa verdiyi ifadəsində İlqarı evi üçün sifariş etdiyi qapını baha düzəltdiyinə və ona ağır cavab qaytardığına görə bıçaqladığını deyib.
Zərərçəkən İ.Əsgərov isə bildirib ki, 6-7 ay bundan əvvəl onun üçün qapı düzəldib: “İndi gəlib mənə deyir ki, qapını baha düzəltmisən. Bundan sonra aramızda mübahisə etdik. Məni vurdu”.
E.Bayramov bildirib ki, qapının pulunu versə də usta işini yarımçıq görüb. Bundan əsəbləşən sifarişçi onun evinə gedərək anasına şikayət edib. Elə bu zamanda İlqarla aralarında düşən mübahisədən sonra onu bıçaqlayıb.
Biləsuvar rayon polis şöbəsinin müstəntiqi Murad Quliyev bildirib ki, saxlanılan şəxs barəsində AR Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: