Hadisə

Biləcəridə evin tavanı uçub

Mənzildə adamlar olsa da, xəsarət alan olmayıb

· Xəbərçi
Biləcəridə evin tavanı uçub

Bu gün səhər saat 07:00 radələrində Biləcəri qəsəbəsi Xurşud Banu Natəvan 17 küçəsində yerləşən binanın mənzilində tavan uçub. Hadisə baş verən zaman ev sakinləri mənzildə olsalar da, xoşbəxtlikdən xəsarət alan olmayıb. Lakin mənzilin bütün məişət avadanlığı sıradan çıxıb. Hadisə ilə bağlı ərazidə Fövqəlada Hallar Nazirliyinin əməkdaşları araşdırma aparıb.

Sakinlərin sözlərinə görə, binanın bir əsrə yaxın yaşı olub. Dəfələrlə mənzit təsərrüfatı birliyinə müraciət etmələrinə baxmayaraq, binadə təmir işləri aparılmayıb. /ANS TV/

Şərhlər