Biləcəridə 26 yaşlı gənc öldürülüb
28 Mart 2012 Çərşənbə 06:50
Qətl hadisəsinin kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Ötən gecə Binəqədi rayonu Biləcəri qəsəbəsində qətl hadisəsi baş verib. Hadisə zamanı 5-ci döngə küçəsi ev 4-də yaşayan 26 yaşlı Məmmədov Elçin Rafiq oğlu çoxsaylı bıçaq xəsarətləri alıb. Ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Binəqədi rayon polis idarəsi və prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılıb. Qətl hadisəsinin kim tərəfindən törədildiyi isə hələlik məlum deyil. Qətli törədən şəxsin tutulması istiqamətinə əməliyyat-axtarış tədbirləri davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar