"Bibiheybət" NQÇ-də bomba xəbəri yalan çıxdı
17 Avqust 2010 Çərşənbə Axşamı 18:40
İdarənin ərazisində partlayıcı qurğu aşkar edilməyib.
Bakı şəhəri, Səbail rayonunda "Bibiheybət" Neft Qaz Çıxarma İdarəsinin ərazisində partlayıcı qurğuya oxşar şübhəli əşyanın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin “112 zəng mərkəzi”nə daxil olmuş məlumat əsasında nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib.
Hadisə yerinə cəlb olunan xilasedicilər həmin vaxt "Bibiheybət" NQÇ-nin və onun ətrafında olan insanların təhlükəsizliyini təmin edərək axtarış işləri aparıblar. Xilasedicilər və hüquq-mühafizə orqanlarının mütəxəssislərinin apardıqları birgə axtarış işləri nəticəsində ərazidə partlayıcı qurğu aşkar edilməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: