Beyləqan rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə Hacıqabul-Bəhramtəpə-Mincivan yolunun 139-cu km-də Beyləqanın Daşburun qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini Hümbət Alışovun idarə etdiyi "Ford" markalı sərnişin daşıyan mikroavtobusla Elçin Quliyevin idarə etdiyi "Otoyol İveco" markalı yük maşını toqquşub.
Beyləqan rayon polis şöbəsinin müstəntiqi Səfəralı Kazımovun bildirdiyinə görə, avtobusun sərnişinlərdən biri, Füzuli rayon sakini Almaz Əliyeva hadisə yerində dünyasını dəyişib. Xəsarət almış Elçin Quliyev və sərnişinləri Füzuli rayon sakini Valeh Məmmədov, Bərdə rayon sakini Ramil Əzimov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Beyləqan rayon polis şöbəsinin istintaq bölməsində CM-nin 263.2 maddəsiylə cinayət işi başlanıb, qəzanın səbəbi təyin olunacaq avtotexniki və tibbi ekspertizaların nəticəsindən sonra məlum olacaq.
Beyləqanda sərnişin avtobusu yük maşını ilə toqquşub
hadisə Hacıqabul-Bəhramtəpə-Mincivan yolunun 139-cu km-də baş verib




Şərhlər