Beyləqanda hərbi hissədə baş vermiş yanğın söndürülüb
Beyləqan rayonunda yerləşən müdafiə nazirliyinin N-saylı hərbi hissəsində baş vermiş yanğın söndürülüb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, yağının silah anbarına keçməsi nəticəsində yarım saat intensiv partlayışlar baş verib.
Hüquq mühafizə əməkdaşları hərbi hissənin yaxınlığında yaşayan sakinləri evakuasiya ediblər.
Hadisə nəticəsində bir nəfər mülki şəxs - Kamilə İskəndərova, yüngül yaralanıb.
Yanğınla bağlı Beyləqan hərbi prokurorluğunda cinayət işi açılıb.
Hadisə yerində araşdırma aparılır.




Şərhlər