Bəylə gəlinin üzükləri toyda oğurlanıb
07 Aprel 2011 Cümə Axşamı 12:28
Bakıda bəy toy günü qarət edilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən bildirilib.
Hadisə aprelin 6-da Binəqədi rayonunda yerləşən “Milenium” şadlıq sarayında qeydə alınıb. Özünü şadlıq evinin əməkdaşı kimi təqdim edən Rauf Orucov həmin gün toyu olan, Nadir Musayevə yaxınlaşaraq ondan bəy və gəlinə məxsus üzükləri alıb. R. Orucov nikah mərasimində üzükləri onlara verəcəyini qeyd edib. Sonradan şadlıq sarayını tərk edən R. Orucovu tapmaq mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: