Lerik rayonu ərazisində narkotika əkib-becərən şəxs yaxalanıb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Lerik rayonunun Mastayır kəndinin yuxarı hissəsində, Homon deyilən ərazidə yaşayan 55 yaşlı Tofiq Ağayevə məxsus 7 hektar ərazidən 252 ədəd, çəkisi 7 kq 380 qram olan narkotik tərkibli marixuana ağacları götürülüb.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində regional şöbə və Lerik rayon polis şöbəsinin əməkdaşlarının onun yaşadığı evə baxışı zamanı, 1 bağlamada 200 qram, həyətyanı sahəsində gizlətdiyi bankada çəkisi 11,24 qram olan narkotik tərkibli qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülüb. Saxlanılan Tofiq Ağayev 5 uşaq atasıdır, əvvllər məhkumluq həyatı yaşayıb. Onun deməsinə görə, bu narkotik kolları o, özünün istifadəsi üçün əkib-becərib və kollara xüsusi qaydada qayğı göstərib.
Hazırda toplanmış materiallara görə Lerik rayon polis şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır. ANSPRESS
Beş uşaq atası narkotika becərdiyinə görə tutuldu
Lerik rayon polisi istintaq araşdırmalarını davam etdirir.




Şərhlər