Almaniyanın paytaxtı Berlində Azərbaycan və Türkiyə diasporalarının üzvləri erməni hərbçilərinin azyaşlı azərbaycanlı uşağı öldürməsinə etiraz edib. Aksiya iştirakçıları nümayişdə bu hadisəni pisləyən bəyanat oxuyub. Aksiyada yəhudi diasporasının nümayəndələri də iştirak ediblər.
9 yaşlı Fariz Bədəlovun şəkilləri Almaniya parlamentində təmsil olunan 5 aparıcı partiyanın nümayəndələrinə, humanitar təşkilatların təmsilçilərinə və UNİCEF-in bu ölkədəki nümayəndəliyinə təqdim edilib.
Aksiya iştirakçıları soydaşlarımıza, insanlarımıza və qardaşlarımıza qarşı törədilən bu qətlləri şiddətlə qınayıb və buna etiraz edib: Onların sözlərinə görə, ermənilər insan haqlarına və beynəlxalq hüquqdan irəli gələn bütün hüquqlara hörmətlə yanaşmalıdır: “Oradakı insanların öldürülməsindən əllərini çəkmələrini, işğal etdikləri torpaqları ən qısa zamanda azad etmələrini arzulayır və istəyirik. Ona görə də, insan haqları çərçivəsində lazımlı hər cür imkan çərçivəsində biz bu torpaqları azad etmək üçün insanlarımızın həyati və maddi təhlükəsizliyini qorumaq üçün əlimizdən gələn hər cür imkandan istifadə edəcəyik”.
Berlində Azərbaycana dəstək aksiyası olub
Azərbaycan və Türkiyə diasporalarının üzvləri erməni hərbçilərinin azyaşlı azərbaycanlı uşağı öldürməsinə etiraz edib




Şərhlər