Bərə çimərliyə girdi, yaralılar var
18 Avqust 2011 Cümə Axşamı 05:24
Kapitanın vaxtında etdiyi xəbərdarlıq böyük faciənin qarşısını alıb
Xorvatiyanın Yablanats yaşayış məntəqəsində böyük bərə yüksək sürətlə çimərliyə girib. Məlumatı Xorvatiyanın HRT milli televiziyası yayıb.

Hadisə nəticəsində dənizdə çimən yeddi nəfər xəsarət alıb. Onlardan dördünün xəsarəti yüngül olsa da, üç zərərçəkən Rieki şəhərində xəstəxanaya yerləşdirilib. Bərədəki bir neçə avtomobilə də ziyan dəyib.

Hadisəyə bərənin idarəetmə sisteminin sıradan çıxması səbəb olub. Bərənin kapitanı adamla dolu çimərliyə girməkdən yayınmağın mümkün olmadığını görüb və fasiləsiz səs siqnalları ilə sahildəkilərə xəbərdarlıq edib. Çimərlikdəkilər bildiriblər ki, bərə tərəfindən əzilməkdən çətinliklə zilas olublar. Hadisədən sonra çimərlikdə təşviş yaranıb.

“Barbat” bərəsi Yablonets şəhərçiyi ilə Rab adası arasında işləyir. Bərə 2007-ci ildə Yunanıstanda inşa edilib, göyərtəsinə 62 avtomobil və 400 sərnişin yerləşir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar