Bərdədə yol qəzası baş verib
20 Aprel 2009 Bazar Ertəsi 12:30
Hadisəyə səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub

Ötən gecə Bərdədə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Qəza nəticəsində 3 nəfər dünyasını dəyişib. Hadisə rayonun Qaradalı kəndi ərazisində qeydə alınıb. Bərdə-Yevlax magistral yolu ilə hərəkət edən Fərid Məmmədov idarə etdiyi «Opel» markalı avtomobilin idarəetməsini itirərək, yolun Qaradalı kəndindən keçən hissəsində hərəkət zolağından çıxıb və yolun kənarındakı dirəyə çırpılıb. Nəticədə avtomobildə olan 30 yaşlı Məmmədov soyadlı şəxs, 28 yaşlı Emil Ələsgərov və avtomobilin sürücüsü 20 yaşlı Fərid Məmmədov dünyasını dəyişib.
Bərdə Mərkəzi Rayon Xəstəxanasından ANSPRESS-ə verilən məlumata görə, avtomobildə olan şəxslər xəstəxanaya gətirilən zamanı artıq keçiniblər.
İlkin ehtimala görə, yol- nəqliyyat hadisəsinə səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar